Bakı. Trend:
Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlərin qarşıtərəfin müraciətləri əsasında baş tutması ilk növbədə Azərbaycanınbeynəlxalq müstəvidə artan nüfuzunun bariz göstəricisidir. Bu, həmPrezident İlham Əliyevin Avropada yüksək hörmət və etimad sahibinəçevrildiyini, həm də ölkəmizin müsbət imicinin və stratejiəhəmiyyətinin getdikcə daha çox dəyərləndirildiyinitəsdiqləyir.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəylideyib.
Millət vəkilinin sözlərinə görə, Kopenhagendə baş tutan bugörüşlər Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu vəbeynəlxalq münasibətlərdə mühüm aktor statusunu bir daha ortayaqoyur.
E.Mirzəbəyli bildirib ki, Avropa Siyasi Birliyi platformasıəslində Avropa İttifaqı və ittifaqa üzv olmayan Avropa dövlətləriarasında strateji əməkdaşlıq və siyasi dialoqu gücləndirməkməqsədilə formalaşsa da, zamanla daha geniş təhlükəsizlik vəiqtisadi gündəmin müzakirə edildiyi mühüm format kimi qəbulolunmağa başlayıb. Məhz bu səbəbdən Avropa Siyasi Birliyinin zirvətoplantısında Azərbaycanın iştirakı ölkəmizin və onun liderininqlobal proseslərdə oynadığı mühüm tənzimləyici rolun göstərici kimiqəbul oluna bilər.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin danimarkalıhəmkarı, Avropa Şurasının Prezidenti və digər yüksək səviyyəliliderlərlə görüşləri protokol xarakterli görüşlərdən daha çox,tərəflərin gələcək əməkdaşlıq planlarının aydın təsdiqi kimiqiymətləndirilməlidir:
“Mühüm məqamlardan biri də odur ki, Avropa liderləriAzərbaycanın regionda sülh və təhlükəsizlik sahəsində əldə etdiyiuğurları xüsusi qeyd etməklə yanaşı, həm də enerjitəhlükəsizliyinə, nəqliyyat-kommunikasiya və rəqəmsal inteqrasiyasahələrində strateji tərəfdaşlıq imkanlarına xüsusi önəm verirlər.Bu, Azərbaycanın yalnız Cənubi Qafqaz regionunun deyil, bütövlükdəAvropanın təhlükəsizliyi və inkişafı üçün mühüm tərəfdaş kimi qəbuledilməsinin sübutudur”.
Parlamentari əlavə edib ki, Zirvə çərçivəsində reallaşan mühümgörüşlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev vəErmənistan baş naziri Nikol Paşinyanın görüşüdür:
“Tarixi razılaşmadan sonra ilk dəfə olaraq Avropa siyasigündəminin mərkəzində tərəflərin sülh prosesinə dair iradəsininnümayişi önəmli hadisədir. Bu görüş həm Azərbaycanın beynəlxalqsiyasətdə konstruktiv mövqeyini bir daha təsdiqləyir, həm dəAvropanın ölkəmizi sülhün əsas təşəbbüskarı kimi qəbul etdiyinigöstərir. Ermənistanla münasibətlərin normallaşdırılmasıistiqamətində Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə artıqAvropa üçün də nümunəvi model kimi təqdim olunur”.
Deputat əlavə edib ki, Azərbaycanın enerji resursları vəstrateji tranzit imkanları da Avropa üçün alternativ və etibarlımarşrutların təmin olunmasında həlledici əhəmiyyət daşıyır. Buçərçivədə Avropa Komissiyası və digər institutlarla aparılandanışıqlar Global Gateway strategiyası daxilində Azərbaycanınnəqliyyat və rəqəmsal inteqrasiya layihələrində önəmli roloynayacağını göstərir. Bununla yanaşı, Azərbaycanın artan tranzitpotensialı ölkəmizin beynəlxalq iqtisadi sistemdə daha güclü mövqeqazanmasına şərait yaradır.
“Prezident İlham Əliyevin Kopenhagen səfəri Azərbaycanındiplomatik manevr imkanlarının möhkəmləndirilməsi baxımından daxüsusi əhəmiyyət daşıyır. Avropa liderlərinin ölkəmizə verdiyidəstək və yüksək qiymət Azərbaycanın gələcəkdə Avropa institutlarıilə daha geniş hüquqi və maliyyə əməkdaşlığına yol aça bilər.
Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci ZirvəsiAzərbaycanın yalnız diplomatik uğuru deyil, həm də beynəlxalqmövqeyini yeni geosiyasi reallıqlara uyğun şəkildə gücləndirməsininpraktiki nümayişidir. Prezident İlham Əliyevin Kopenhagenə səfəriAzərbaycanın sülh təşəbbüslərinin beynəlxalq aləmdə təsdiqlənməsibaxımından tarixi önəm daşıyır. Bu isə öz növbəsində ölkəmizingələcək xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi,daxili inkişaf proqramlarının dəstəklənməsi və regional sabitlikdəlider rolunun möhkəmlənməsi üçün yeni imkanlar yaradır”, - deyəE.Mirzəbəyli fikrini yekunlaşdırıb.