Mütəxəssislər qarğıdalının sağlamlıq üçün əhəmiyyətli faydaları olduğunu bildirirlər. Tərkibində bol miqdarda lif, vitaminlər (xüsusilə B qrupu vitaminləri), maqnezium və antioksidantlar olan qarğıdalı həm həzm sistemini dəstəkləyir, həm də immuniteti gücləndirir.
E-saglam.az xəbər verir ki, diyetoloqların sözlərinə görə, qarğıdalı bağırsaq fəaliyyətini tənzimləyir, uzunmüddətli toxluq hissi yaradır və artıq çəki ilə mübarizədə köməkçi rol oynayır. Onun tərkibindəki lif maddələri xolesterin səviyyəsini aşağı salaraq ürək-damar xəstəliklərinin qarşısını almağa yardım edir.
Bundan əlavə, qarğıdalıda olan antioksidantlar hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyur, yaşlanma prosesini ləngidir və xərçəng riskini azaldır. Qarğıdalı həmçinin təbii enerji mənbəyi kimi orqanizmin gündəlik fəaliyyətini dəstəkləyir.
Mütəxəssislər onu qaynadılmış və ya buxarda bişirilmiş şəkildə, duzsuz və yağsız formada qəbul etməyi tövsiyə edirlər.
Nəzrin Abbas
E-saglam.az