AZ

Berlində vyetnamlı tələbələrin itkin düşüb

BAKI, 3 oktyabr. TELEQRAF

Almaniyanın paytaxtı Berlində vyetnamlı tələbələrin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Berlindəki Brillat-Savarin Otel İdarəetmə Məktəbində təxminən 700 vyetnamlı tələbənin üçdə biri itkin düşüblər. Müəllimlər qeyd ediblər ki, tələbələrin bir çoxu dil sertifikatına malik olsa da, almanca ya az danışır, ya da heç bilmirlər.

İtkin düşən tələbələrdən bəzilərinin qeyri-qanuni işlərlə məşğul olduğu bildirilir.

Seçilən
25
teleqraf.com

1Mənbələr