"Zirə" Misli Premyer Liqasının VII turu çərçivəsində doğma meydanda "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:
"Futbolçularıma təşəkkür etmək istəyirəm. Yüksək səviyyədə oyun keçirdilər. Komandamdan keyfiyyətli oyun gördüm. Keçən ilki oyuna bənzədi. Sonluq çox drammatik alındı. 100 faizli qol epizodu bizdə idi. Topun qapı xəttinin keçib-keçmədiyini bilmirəm. Futbolçularım irəli atıldı, penalti ilə hesabı bərabərləşdirdik. Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı. Meydançanın səviyyəsi də yaxşı idi. Belə olan halda, oyunların keyfiyyəti də başqa səviyyədə keçir. Futbolçularıma layiq olduqları 3-4 gün istirahəti verdik. Daha sonra toparlanıb, növbəti oyuna hazırlaşacağıq. İron Qomisin qırmızı vərəqəsi bizi məyus etdi".
- Davit Volkovun yoxluğu nə ilə bağlıdı?
- Həm Volkov, həm Cibrilla 5-6 həfə bizimlə olmayacaq. Zədəlidirlər. Sırf hücumçumuz yox idi. Əməliyyat yoxdur.
- Yeqor Boqomolskini o vaxtdan çox istəyirdiz. Ondan nə dərəcədə razısız?
- Fərdi olaraq, dəyərləndirsək, ondan razıyam. Etimadımızı doğruldur, çalışır, istəklidir. Hər oyunda 100 faizlik qol şansı olur. Bu gün də epizodu var idi, fərqlənə bilmədi. Belə davam etdikcə, inkişaf edərək, faydalı oyunçuya çevriləcək.
- Hücum xəttində sıxıntı görünür...
- Bu il hücum xəttində ciddi problemlər yaşayırıq. Zədəlilərimiz var. Brahim Konate dünən məşq etməmişdi, məcburiyyətdən meydana buraxdıq. Hücum xəttində sıxıntılar yaşayırıq.
“Araz-Naxçıvan”dan inamlı qələbə - YENİLƏNİB
I Liqa: IV tura yekun vurulub
“Qarabağ”dan böyük jest - PUL MÜKAFATI TƏQDİM EDİLDİ
III MDB Oyunları: Belarus 3-cü, Özbəkistan 5-ci olub
Aqil Nəbiyev: “Finalda azarkeş dəstəyinə ehtiyacımız var” - VİDEO