AZ

İranda helikopter qəzası: Göyərtədə 8 nəfər olub

İranın Luristan əyalətində helikopter qəzası baş verib. Bu barədə Qızıl Aypara Təşkilatının bölgə üzrə nümayəndəsi Əli Məhəmmədi məlumat verib.

Musavat.com xəbər verir ki, helikopter Oştorankuh dağ massivində 4 000 metr yüksəklikdə itkin düşən qadının axtarış-xilasetmə əməliyyatı üçün göndərilib. Lakin uçuş zamanı hava gəmisində nasazlıq yaranıb və o, 2 800 metr hündürlükdə qəzaya uğrayıb.

Məlumata görə, göyərtədə 8 nəfər olub. Hazırda hadisə yerinə Luristandan altı əməliyyat qrupu cəlb edilib, axtarış və xilasetmə işləri davam etdirilir.

Qəza bölgədə hava şəraitinin çətinliyi fonunda baş verdiyi bildirilir. 

 

Musavat.com

Seçilən
32
1
musavat.com

2Mənbələr