AZ

Acapaxyana 2 il həbs cəzası verildi

Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan məhkəmə hökmü ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” “Hraparak”a istinadən xəbər verir ki, hökmü hakim Armine Meliksetyan elan edib. 

Prokuror Arman Baqdasaryan isə əvvəlcə Acapaxyanın həbsdə keçirdiyi müddət nəzərə alınmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Xatırladaq ki, Arxiyepiskop Mikael Acapaxyan bu ilin iyun ayından istintaq təcridxanasında saxlanılır. Bildirilib ki, onun vəkillərinin məhkəmə qərarından bir ay ərzində apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, Mikael Acapaxyan Ermənistanda hakimiyyətin zorla dəyişdirilməsinə çağırış etməkdə ittiham olunaraq həbs edilib. Onunla bərabər keşiş Baqrat Qalstyan da saxlanılmışdı.

"Cebheinfo.az" 

Seçilən
32
cebheinfo.az

1Mənbələr