AZ

ABŞ Trampın təsviri olan 1 dollarlıq sikkələr buraxa bilər

ABŞ Xəzinədarlığı prezident Donald Trampın təsviri olan 1 dollarlıq yeni kolleksiya sikkələrinin buraxılmasını nəzərdən keçirir.

Operativ Media “Fox Business”ə istinadən xəbər verir ki, bu addım ABŞ-nin yaranmasının 250 illiyi münasibətilə planlaşdırılıb.

Dizayna görə, sikkədə ABŞ bayrağı fonunda qaldırılmış yumruqla Donald Tramp təsvir oluna bilər. Bu görüntü 2024-cü ildə ona qarşı edilən sui-qəsd cəhdindən sonra çəkilmiş fotoşəkilə istinad edir. Xəzinədarlığın sözçüsü bildirib ki, son dizayn hələ təsdiqlənməsə də, departamentin bu kimi hallarda kolleksiya sikkələri zərb etmək üçün qanuni səlahiyyəti mövcuddur.

Xəbəri şərh edən Ağ Evin mətbuat katibi Kerolin Leavitt deyib: “Onun bunu görüb-görmədiyindən əmin deyiləm, amma əminəm ki, xoşuna gələcək”.

ABŞ-də xatirə sikkələrinin buraxılması çoxdan davam edən bir ənənədir. Tarixdə ən məşhur sikkə 1986-cı ildə buraxılmış və təxminən 15,5 milyon nüsxəsi satılmış Azadlıq Heykəli sikkəsi olub. Corc Vaşinqtonun 250 illiyi, 1984-cü ildə Los-Ancelesdə keçirilən Yay Olimpiya Oyunları və ABŞ Konstitusiyasının 200 illiyi ilə bağlı buraxılan sikkələr də uğurlu olmuşdur.

Seçilən
28
operativmedia.az

1Mənbələr