ABŞ xəzinədarlığı prezident Donald Trampın təsviri olan 1 dollarlıq yeni kolleksiya sikkələri buraxmağı düşünür.
Qaziler.az xəbər verir ki, bu barədə “Fox Business” məlumat yayıb.
Telekanalın məlumatına görə, bu addım ABŞ-ın yaranmasının 250-ci ildönümünün qeyd edilməsi çərçivəsində planlaşdırılır. Sikkədə ABŞ-ın hazırkı prezidenti Amerika bayrağı fonunda qaldırılmış yumruqla təsvir olunacaq. Bu görüntü 2024-cü ildə ona qarşı sui-qəsd cəhdindən sonra çəkilmiş məşhur fotoşəkilə işarə edir.
Sikkənin son dizaynı hələ təsdiqlənməyib. Xəzinədarlığın sözçüsü qeyd edib ki, departament belə hallarda kolleksiya sikkələri zərb etmək üçün qanuni səlahiyyətə malikdir.
QAZİLER.AZ