AZ

Şəkidə yol qəzasında 6 nəfər xəsarət alıb

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Azreform.info xəbər verir ki, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.(apa)

Seçilən
4
14
azreform.info

10Mənbələr