ABŞ ordusu Venesuela sahillərində beynəlxalq sularda narkotik daşıyan daha bir qayığı məhv edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, kəşfiyyat qayığın narkotik daşıdığını, göyərtəsində olan şəxslərin narko-terrorçu olduğunu və məlum tranzit marşrutu ilə fəaliyyət göstərdiyini təsdiqləyib.
Nazir əlavə edib ki, zərbə nəticəsində qayıqda olan dörd narkotik kartelinin üzvü öldürülüb.