AZ

HƏMAS Trampın sülh planına cavab verdi: DETALLAR  

HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planı ilə bağlı mövqeyini açıqlayıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hərəkat planla razı olduğunu bildirib.

O cümlədən HƏMAS Qəzza zolağının idarəçiliyini Fələstin komitəsinə təhvil verməyə razı olduğunu təsdiqləyib.

HƏMAS bütün yaşayan israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə razıdır və danışıqlara başlamağa hazırdır.

Hərəkat həmçinin Tramp planı çərçivəsində girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı İsraillə dərhal dolayı danışıqlara başlamağa hazırdır.

Qeyd edək ki, Tramp bu gün HƏMAS-ın plana razı olmayacağı təqdirdə cəhənnəmlə üzləşəcəyini bildirmişdi. 

Qrupun bəyanatında həmçinin bildirilir ki, o, Ərəb və İslam ölkələrinin dəstəyi ilə Qəzzanın idarəçiliyini Fələstin texnokratlarından ibarət müstəqil quruma təhvil verməyə razıdır.

HƏMAS vurğulayıb ki, Qəzza zolağının gələcəyi və Fələstinin hüquqları ilə bağlı suallar vahid milli mövqe və beynəlxalq hüquq çərçivəsində həll edilməlidir.

 

Musavat.com

Seçilən
40
50
musavat.com

10Mənbələr