Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.
Doğru.az xəbər verir ki, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evində dünyasını dəyişib.
Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.
O, Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub və 2021-ci il aprelin 23-dək bu vəzifədə çalışıb.
Şirəliyev 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
DOĞRU.AZ