AZ

ABŞ-də şatdaunun müddəti uzadıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Senatı hökumətin maliyyələşdirilməsinin uzadılması üçün həm respublikaçılar, həm də demokratların təklif etdikləri qanun layihələrini rədd edib.
Oxu.Az bu barədə CNN telekanalına istinadən xəbər verir.
Respublikaçıların müvəqqəti maliyyələşdirməyə dair qanun layihəsinin lehinə 54 senator səs verib, 44 senator əleyhinə olub. Hökumətin maliyyələşdirilməsini yeddi həftəlik təmin edəcək qanun layihəsini qəbul etməkdən ötrü 60 səs toplamaq lazımdır.
Hökumətin işinin dayandırılması həftənin sonunadək davam edəcək.
Xatırladaq ki, oktyabrın 1-də ABŞ-də rəsmən şatdaun başlayıb - hökumətin işi dayandırılıb, çünki Senat büdcə layihəsini razılaşdırmayıb.
Seçilən
10
8
oxu.az

10Mənbələr