İnnovasiya lideri “Bakcell” Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən “İnnovasiyalar və süni intellekt” adlı konfransın əsas tərəfdaşı olub. Konfransda dövlət qurumları, beynəlxalq təşkilatları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər.
“İnnovasiya və süni intellekt “Bakcell”in strateji inkişafının əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarası əməkdaşlıq fəaliyyəti və davamlı təşəbbüslər milli innovasiya və texnologiya ekosisteminin gücləndirilməsi üçün vacibdir”, - deyə o vurğulayıb. “Bakcell” innovasiyalar və süni intellektin tətbiqini strateji prioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanın innovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


