AZ

Tramp: İnanıram ki, HƏMAS davamlı sülhə hazırdır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaşinqton, 4 oktyabr, AZƏRTAC

“HƏMAS-ın yaydığı bəyanata əsaslanaraq, inanıram ki, onlar davamlı sülhə hazırdırlar”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, bildirib ki, girovları təhlükəsiz və tez bir zamanda çıxarmaq üçün İsrail Qəzzanı bombalamağı dayandırmalıdır.

“Hazırda bunu etmək çox təhlükəlidir. Biz bunun işləməsi üçün detallar barədə müzakirələr aparırıq. Söhbət təkcə Qəzzadən getmir, bu, Yaxın Şərqdə uzun müddətdir gözlənilən sülhlə bağlıdır”,-deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
azertag.az

3Mənbələr