BAKI, 4 oktyabr. TELEQRAF
Nyu-York məhkəməsi məşhur reper Şon Kombsu (P Diddy) 50 ay müddətinə azadlıqdan məhrum edib.
Teleqraf xəbər verir kiBu barədə The New York Post məlumat yayıb.
Bildirilir ki, prokurorluq ona 11 ildən çox həbs cəzası tələb etsə də, müdafiə tərəfi 14 ayla kifayətlənməyi xahiş edib. Məhkəmə iclasında Diddy hakimdən ikinci şans istədiyini və dəyişdiyini bildirib.
Xatırladaq ki, 2025-ci ilin iyulunda məhkəmə reperi insanları fahişəliyə məcbur etmək məqsədilə daşınmada təqsirli bilmişdi. Ona ömürlük həbs təhlükəsi də vardı.
Qeyd edək ki, 2024-cü ildə aktrisa Adria İnqliş Diddy-ni insan alverində və zorakılıqda ittiham edərək ondan 50 milyard dollar təzminat tələb etmişdi. Daha sonra digər qadınlar da oxşar iddialarla çıxış edib, hətta Kourtni Kardaşyan belə reperin təşkil etdiyi gecələrdə zorakılıqla üzləşdiyini açıqlamışdı.