AZ

14 ildən sonra ilk yaşandı Yeni qazanc mənbəyi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Gümüşün qiyməti 2011-ci il mayın 2-dən bəri ilk dəfə 48 dolları ötüb.

Bu metala yatırım gələcək üçün nə vəd edir? Gümüş uzun perspektivdə daha çox bahalaşa bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, gümüşün qiymətindəki artım birbaşa qızılın bahalaşması ilə bağlıdır:

“Son illərdə qızılın dəyəri davamlı olaraq yüksəlir və ardıcıl rekordlar qeydə alınır. Səbəb isə dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklərdir. Geosiyasi gərginliklər, ABŞ-ın rüsum siyasəti, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət bazarlarda sabitliyi pozur. Bu şəraitdə investorların bir qismi gözləmə mövqeyi tutur, digərləri isə risklərdən sığortalanmaq üçün vəsaitlərini qızıla yönəldirlər. Qızılın bahalaşması isə gümüşün də qiymət artımına təkan verir”.

Pərviz Heydərov

İqtisadçı bildirib ki, gümüşün yaxın gələcəkdə əsas investisiya vasitəsinə çevriləcəyini qəti demək mümkün deyil:

“Bununla belə qiymətli metal olaraq o da bazarda müəyyən dəyərə malikdir. Qızılın bahalaşması davam edərsə, gümüşün qiymətində də artım ehtimalı yüksəkdir. Uzaq perspektivdə isə bu metalların bazarındakı tendensiyaları indidən dəqiq proqnozlaşdırmaq çətindir”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr