AZ

Mislinin 7-ci turu: “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Turan Tovuz”a qarşı

Misli Premyer Liqasında 7-ci turun ikinci oyun günündə daha 2 matç keçiriləcək.  

Yenisabah.az xəbər verir ki, “Qarabağ” “Kəpəz”i qəbul edəcək.

Bir oyun az keçirən Ağdam klubu hazırda 10 xalla beşinci pillədə qərarlaşıb. İlk 6 turda xalsız qalan Gəncə təmsilçisi isə sonuncudur.  pizza

“Kəpəz”i bugünkü matça baş məşqçi kimi yenidən komandaya qayıdan Azər Bağırov çıxaracaq. 

Digər qarşılaşmada isə “Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u sınağa çəkəcək.

Hazırda Tovuz klubu 12 xalla turnir cədvəlində 3-cü, bir xal az toplayan “Sumqayıt” isə 4-cü pillədə qərarlaşıb.  

 


Telegram kanalımız
Seçilən
13
1
yenisabah.az

2Mənbələr