AZ

Erkən ölüm riskini artıran qidalar açıqlandı - diqqət edin

Almaniyada aparılan genişmiqyaslı tədqiqat ultra emal olunmuş qidaların tərkibindəki qatqı maddələrinin erkən ölüm riskini əhəmiyyətli dərəcədə artırdığını üzə çıxarıb.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, piylənmə, ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və bəzi xərçəng növləri ilə əlaqələndirilən bu məhsullar, ömür uzunluğunu azaldan əsas amillərdən birinə çevrilib.

Tədqiqatın nəticələrinə görə, ultra emal olunmuş qidaların yüksək qəbulu erkən ölüm riskini artırır.

📊 2006–2010-cu illərdə Birləşmiş Krallıqda aparılan araşdırma 180 mindən çox yetkin üzərində aparılıb. İştirakçıların orta yaşı 57 olub. Şirinləşdirici, dad gücləndirici, rəngləndirici və aroma vericilərin çox istifadəsi ölüm riskini əhəmiyyətli dərəcədə artırıb.

Jelatin kimi bəzi maddələr isə riski azalda bilər.

Emal olunmuş yağlar, lif və zülal mənbələri ilə ölüm arasında birbaşa əlaqə tapılmayıb.

Gündəlik kalori qəbulunun 20%-i ultra emal olunmuş qidalardan ibarət olan şəxslərdə ölüm ehtimalı daha yüksək olub. 11 illik müşahidə dövründə 10 mindən çox insan dünyasını dəyişib.

Zərərli qidalara misallar:

dondurulmuş hazır yeməklər, sosis, kolbasa, qazlı içkilər, cips, biskvit, ketçup və hazır souslar.

Alimlər bildirir ki, bu məhsullar şəkər, duz və yağ baxımından zəngin, lakin lif və zülal baxımından kasıbdır. Nəticələr əvvəlki tədqiqatlarla uyğunluq təşkil edir və ultra emal olunmuş qidaların sağlamlığa mənfi təsirini bir daha sübut edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
5
e-saglam.az

1Mənbələr