Bu gün Gürcüstanda yerli seçkilər keçirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, səhər saat 8-də ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb. Səsvermə saat 20:00-da başa çatacaq.
Qeyd edək ki, vətəndaşlar 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini seçəcək.