AZ

Gürcüstanda bələdiyyə seçkiləri keçirilir

Gürcüstanda bələdiyyə seçkilərinin keçirilməsinə start verilib.

APA-nın yerli bürosu xəbəri verir ki, saat 08:00-dan etibarən ölkə üzrə 3 061 seçki məntəqəsində səsvermə prosesi başlayıb.

12 siyasi partiyanın iştirak etdiyi seçkilərdə növbəti dörd il üçün Tbilisi də daxil olmaqla, 64 şəhər və rayon üzrə mer və 2 085 bələdiyyə üzvü seçiləcək.

Məntəqələrin 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək. Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir ki, onların 3 130 348 nəfəri elektron avadanlıqlardan istifadə etməklə səs verəcək.

Prosesi 28 beynəlxalq, 27 yerli müşahidə təşkilatı izləyəcək, 73 yerli və xarici KİV-i təmsil edən minə yaxın nümayəndə işıqlandıracaq.

Seçki məntəqələri saat 20:00-da bağlanacaq və səslərin hesablanmasına başlanılacaq. İlkin nəticələrin səsvermənin başa çatmasından bir neçə saat sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına son seçkilər 2021-ci ilin oktyabrın 2-də baş tutub. Seçkilərdə hakim “Gürcü Arzusu” partiyası 46,69% səslə qalib gəlib. Oktyabrın 30-da Tbilisi də daxil olmaqla 5 iri şəhərdə və 15 bələdiyyədə ikinci tur keçirilib.
Seçilən
1
10
sherg.az

10Mənbələr