AZ

AH-64E “Apache” helikopterlərinin ilk partiyası Avstraliya HHQ-yə çatdırılıb

ABŞ-ın “Boeing” şirkəti ilk iki ədəd AH-64E “Apache” ağır döyüş helikopterini Avstraliya Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bu çatıdırlma Avstraliyanın hücum helikopteri qabiliyyətində yeni bir dövrün başlanğıcını qoyur.

Qeyd edək ki, 2022-ci ilin may ayında Avstraliya HHQ üçün “Boeing” şirkətindən 29 ədəd AH-64E “Apache” helikopterinin satın alınmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, daha iki ədəd helikopterin cari ilin sonuna qədər Avstraliya HHQ-yə çatdırılması planlaşdırılıb.

Seçilən
26
poliqon.az

1Mənbələr