AZ

Ölkəni heyrətə gətirən saxtakarlıq: Məsələdə deputatın da əli var?

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Saxta medal təsis edən və bunu ayrı-ayrı şəxslərə təqdim edənlərin cinayət ortaqlarından birinin də deputat Eldar Quliyev olduğu iddia edilir. Belə ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova Azərbaycanın adından saxta mükafatın təqdim edilməsini əks etdirən görüntülər yayılıb. Həmin tədbirdə Eldar Quliyev də iştirak edir.

Buna görə onun deputat mandatından məhrum edilməsi mümkündürmü? Qanunvericilik bu əsasla onu da istintaqa cəlb edə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən saxta sənəd hazırlayan və ya istifadə edən şəxslər məsuliyyət daşıyırlar:

“320.1-ci maddəyə görə, hüquq verən və ya vəzifədən azad edən sənədlərin, dövlət təltiflərinin, ştamp, möhür, blankların saxtalaşdırılması, hazırlanması, yaxud satılması 3000-6000 manat civarı cərimə, iki ilə qədər islah işləri və ya iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 320.2-ci maddəyə əsasən, şəxs sənədin saxta olduğunu bildiyi halda ondan istifadə edərsə, 1000-2000 manat cərimə, 200-300 saat ictimai işlər və ya bir ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Ramil Süleymanov

Hüquqşünas qeyd edib ki, deputatların məsuliyyəti ayrı qaydada tənzimlənir:

“Onlar yalnız cinayət başında yaxalanma halında və ya məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü əsasında həbs oluna bilərlər. Digər hallarda intizam tədbirləri barədə qərarı Milli Məclisin intizam komissiyası verir və ya deputatın könüllü imtinası əsasında mandat məsələsinə baxılır”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
globalinfo.az

2Mənbələr