AZ

Balıq göllərinə tullantı axıdılması iddiası yenidən gündəmdə: Eyyub Hüseynov danışdı

Dünən sosial mediada və bəzi xəbər portallarında Saatlıda tualet tullantılarının balıq saxlanılan hovuzlara axıdılması ilə bağlı iddialar yayılmışdı. 

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. 

O bildirdi ki, “Bu məsələ ilə bağlı xəbər ilk dəfə təxminən 14-15 il öncə yayılmışdı. O zaman biz məsələni dövlət orqanları qarşısında qaldırdıq və araşdırma nəticəsində iddiaların təsdiqini tapmadığı məlum oldu. Həmin dövrdə Sabirabadda yaşayan Loğman adlı bir şəxs bu barədə yazılı şəkildə şikayət etmişdi. Yayılan məlumatlar qəsddən və qərəzli şəkildə edilib. Biz bunu qınayırıq”-deyə Eyyub Hüseynov bildirib. 


Seçilən
14
news365.az

1Mənbələr