BAKI, 4 oktyabr. TELEQRAF
III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar davam edir.
Teleqraf xəbər verir ki, azərbaycanlı idmançı Zemfira Əliyeva (+70 kq) turnirdə üçüncü yerə çıxıb.
Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər dairəvisistemlə keçirilib.