AZ

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru UEFA-dan təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Litva oyununda iş başında olacaq.

H qrupunun matçı oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən "Sakarya Atatürk" stadionunda baş tutacaq.

Seçilən
6
11
ikisahil.az

10Mənbələr