AZ

Ukrayna ordusu Rusiyanın neft emalı zavodu, hərbi gəmisi və komando məntəqəsinə hava zərbələri endirib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra mühüm obyektlərinə zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ötən gecə Ukrayna qüvvələri “Kirişinefteorqsintez” müəssisəsinə zərbələr endirib. Bu obyekt Leninqrad vilayətinin Kirişi şəhərində yerləşir. Obyektdə partlayışlar və yanğın qeydə alınıb.

Bu, Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. İllik gücü 18,4 milyon ton neft emalı təşkil edir.

Bundan əlavə, Kareliya Respublikasında yerləşən Oneqa gölü yaxınlığında kiçik raket gəmisi olan “Buyan-M” zədələnib. Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Bu, yerüstü hədəfləri vurmaq, sahil əməliyyatlarını dəstəkləmək və sahil zonalarını müdafiə etmək üçün nəzərdə tutulmuş çoxfunksiyalı sahil əsaslı Rusiya hərbi gəmisidir. Onun silahlanmasına həm dəniz, həm də quru hədəfləri vurmağa imkan verən “Kalibr” qanadlı raketləri, zenit sistemləri və artilleriya daxildir.

Ötən gecə Müdafiə Qüvvələri Kursk vilayətində “İskəndər” taktiki raket kompleksindən “Qarmon” radar sistemini və daşıyıcı-yükləyici maşını məhv edib.

Eyni zamanda, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində yerləşən Rusiya Silahlı Qüvvələrinin 8-ci Ordusunun komando məntəqəsinə də zərbə endirilib. Hədəf vurulub. Nəticələr dəqiqləşdirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
7
azertag.az

8Mənbələr