AZ

Prezident Xocalının Dağdağan kəndində - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı kəndin ərazisinə baxış keçirib.

Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.

***

11:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.


Müəllif: Teleqraf.com
Seçilən
101
15
teleqraf.com

10Mənbələr