AZ

Avarçəkmə yarışlarında təhlükəsizlik belə qorunur Video

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizdə keçirilən III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi müvafiq məkanlarda sularda təhlükəsizlik və mümkün xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

“Qafqazinfo” xəbər veri ki, Xidmət tərəfindən Kür çayının Mingəçevir şəhəri sahilinə düşən hissəsində keçirilən avarçəkmə yarışlarının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, o cümlədən xilasedici qayıqlarla xidmət aparılır.

Bundan əlavə, kiçikhəcmli gəmilərin dayanacağı üçun baza, qurğu və yanalma körpülərindən təhlükəsiz istifadə ilə bağlı Xidmətin mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinqlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
6
qafqazinfo.az

10Mənbələr