AZ

Qaraciyərin dostu 3 qida

ABŞ-lı tanınmış qastroenteroloq Dr. Joseph Salhab qaraciyər sağlamlığını qorumağın bahalı detokslara ehtiyac olmadan da mümkün olduğunu bildirib. Onun sözlərinə görə, sadəcə brokkoli, çuğundur və enginar kimi təbii qidaları rasiondan əskik etməmək kifayətdir.

E-saglam.az xəbər verir ki, Dr. Salhab qeyd edib ki, qaraciyər bədəndə toksinləri təmizləmək, yağları parçalamaq və həzmi tənzimləmək kimi həyati funksiyaları yerinə yetirir. Buna görə də bu orqanın sağlamlığını qorumaq ümumi sağlamlığın əsas şərtidir. “Qidalanmanızı tam dəyişməyinizə ehtiyac yoxdur, sadəcə bu qidaları həftədə bir neçə dəfə qəbul edin,” – deyə mütəxəssis vurğulayıb.

Brokoli – tərkibindəki sülforafan sayəsində qaraciyəri toksinlərdən təmizləyən mexanizmi gücləndirir və orqanın təmizləmə funksiyasını asanlaşdırır.

Çuğundur – betalain adlı birləşmə ilə iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və qaraciyərin özünü bərpa etməsinə kömək edir. Eyni zamanda, safranın ifrazını artıraraq həzmi dəstəkləyir və qaraciyərin yükünü azaldır.

Enginar – silimarin və sinarin kimi maddələr sayəsində qaraciyər hüceyrələrinin yenilənməsini təmin edir. Dr. Salhab enginarı “qaraciyəri qoruyan gizli bir silah” adlandırır.

Mütəxəssisə görə, bu üç sadə, lakin güclü qidanı müntəzəm şəkildə istehlak etmək qaraciyərin sağlam fəaliyyətini qorumağa və uzunmüddətli orqan funksiyasını gücləndirməyə kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr