AZ

Rusiya ordusunun dəmir yolu vağzalına zərbəsi nəticəsində 30 nəfər yaralanıb

Rusiya ordusunun Sumı vilayətinin Şostka icmasında dəmiryolu vağzalına endirdiyi zərbə nəticəsində sərnişin qatarı vurulub, yaralananlar var...

APA xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun Şostka icmasında yerləşən dəmiryolu vağzalına və "Şostka-Kiyev" sərnişin qatarına endirdiyi zərbə nəticəsində qatar yanıb və təxminən 30 nəfər sərnişin yaralanıb.

Bildirilir ki, hadisə yerində xilasedicilər, tibb işçiləri və təcili yardım xidmətləri fəaliyyət göstərir. Dağıntıların miqyası və xəsarət alanların sayı dəqiqləşdirilir.

Poliqon.info

Seçilən
10
4
poliqon.info

7Mənbələr