AZ

Mandarinin sağlamlığa faydaları

Payız və qış aylarının sevilən meyvələrindən biri olan mandarin, həm dadı, həm də sağlamlığa faydaları ilə diqqət çəkir. C vitamini ilə zəngin olan mandarin, immun sistemini gücləndirir və orqanizmə enerji verir.

E-saglam.az xəbər verir ki, mandarin, yüksək C vitamini sayəsində orqanizmi infeksiyalardan qoruyur, soyuqdəymə və qripə qarşı müqaviməti artırır. Xüsusilə qış aylarında gündə 1-2 mandarin yemək immunitet üçün faydalıdır.

Meyvə tərkibindəki flavonoidlər və kalium sayəsində qan damarlarını qoruyur, qan təzyiqini tənzimləyir və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.

C vitamini və antioksidantlar dəridə kolagen istehsalını artırır, dərinin elastikliyini qoruyur və qocalma əlamətlərini azaldır. Beta-karoten isə saçların daha parlaq və sağlam görünməsinə dəstək verir.

Mandarinin tərkibindəki lif həzmi tənzimləyir, qəbizliyin qarşısını alır və bağırsaq florasını gücləndirir. Aşağı kalorili və yüksək su tərkibi sayəsində toxluq hissi yaradır, bu səbəbdən pəhriz menyularında rahatlıqla istifadə olunur.

Meyvənin xoş ətri əsəb sisteminə sakitləşdirici təsir göstərir və stressin azalmasına kömək edir. Təbii antioksidantlar orqanizmdəki toksinləri təmizləyir və qaraciyər ilə böyrəklərin daha sağlam işləməsini təmin edir.

Mandarin həm ləzzətli, həm də sağlamlıq baxımından çox faydalı bir meyvədir. Amma həddindən artıq istifadə mədə turşusunu artıra biləcəyi üçün diqqətli olmaq lazımdır.

Nəzrin Abbas

E-saglam.az

Seçilən
7
e-saglam.az

1Mənbələr