AZ

İsraildən heyrətləndirən tapşırıq: düşməni də razılaşdı Nə baş verir?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail hökuməti orduya Qəzza zolağındakı əməliyyatların dayandırılması ilə bağlı tapşırıq verib. Məlumata görə, bu qərar ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 21 maddəlik sülh planını təqdim etməsi və tərəfləri döyüşləri dayandırmağa çağırmasından sonra qəbul edilib. Nəticədə İsrail ordusuna anklavda fəaliyyəti minimuma endirmək göstərişi verilib.

Artıq HƏMAS-ın Qəzzaya nəzarəti Fələstin hökumətinə verməyə və bütün girovları azad etməyə razılaşdığı bildirilir.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Qəzza ilə son baş verənlər vilayəti tamamilə sökərək burada yeni şəhərsalma işi həyata keçirmək məqsədinə xidmət edir:

“Bu işi yəqin ki, Donald Trampa bağlı ABŞ şirkətləri həyata keçirəcək. Hələ 7 oktyabr hücumundan öncə amerikalı iş adamı Cared Kuşner Qəzzada şəhərsalma ilə bağlı öz planını təqdim etmişdi. Ehtimal ki, həmin şəhərlərdə də yəhudilər və İsrailin razılıq verdiyi ərəblər qalacaq. Qərb dövlətlərinin əsas missiyası Fələstini müstəqil dövlət kimi tanımaq, amma bu dövlətin yaradılmasına imkan verməməkdir. Dövlət tanınır, ancaq sərhədi dəqiq müəyyən deyil. İsrail Qüdsün şərqini ilhaq etdi, halbuki bu ərazi beynəlxalq hüquqa görə Fələstin ərazisi idi.

İordan çayının qərb sahillərində kütləvi yəhudi yaşayış məskənləri salınır. İndi də Qəzza bölgəsində bu proses üçün hazırlıq gedir. Orada yaradılacaq beynəlxalq komitə şəhərsalma işini də həyata keçirəcək. Ehtimal ki, yeni layihələr elan ediləcək. Bölgədə uzun müddətdir dövlətçilik olmadığı üçün insanların mülkiyyət hüquqları tam təsdiqlənməyib. Bu da Toni Bleyerin rəhbərlik etdiyi komitəyə imkan verəcək ki, insanları evindən, yurdundan etsin. Xüsusilə nəzərə alaq ki, Bleyer heç də müsbət bir fiqur deyil. Uzun illər Böyük Britaniya hökumətində fəaliyyət göstərmiş bu şəxsin İraq müharibəsində sərgilədiyi mövqe İslam dünyasının yaddaşında pozitiv qalmayıb. Buna görə onun rəhbərlik etdiyi komitədən müsbət nəsə gözləmirəm”.

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, burada əsas məqsəd HƏMAS-ı sıradan çıxarmaq, yeni Fələstin müqavimət hərəkatını məğlub etmək və Qəzzanı İsrailin nəzarətinə verməkdir:

“Bütün bunların fonunda İrana qarşı növbəti zərbə dalğasının başlayacağına dair fikirlər var. Belə düşünürəm ki, ABŞ-İsrail qüvvələri 4–7 oktyabr tarixlərində yenidən İrana qarşı qısamüddətli də olsa, əməliyyat keçirə bilərlər. Çünki Tehranda təkrar danışıqlara başlamaq barədə ciddi fikir ayrılığı var. Bu toqquşma həm HƏMAS-ın qol-qanadını qırmağa, həm də İranı çəkindirməyə xidmət edə bilər”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
globalinfo.az

2Mənbələr