Şair Əlisəmid Kür bu gün ailəsinin razılığı əsasında Respublika Klinik Xəstəxanasından evə buraxılıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, pasiyentə qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunmuşdu.
“Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi prosesi zamanı zəruri tibbi müdaxilələr həyata keçirilib, eləcə də yanaşı xəstəlikləri ilə əlaqədar onkoloq və digər müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumlar təşkil olunub”, – məlumatda vurğulanıb.