ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,27 ABŞ dolları və ya 3,16% azalaraq 69,57 dollar/barel təşkil edib. Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 70,65 dollar/barel, minimum isə 69,21 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 68,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,23 ABŞ dolları və ya 3,17% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,11 dollar/barel, minimum isə 66,95 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,03 ABŞ dolları və ya 5,25% azalaraq 54,62 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 56,04 dollar/barel, minimum isə 53,32 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,14 dollar və ya 3,08% ucuzlaşaraq, 67,34 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 68,85 dollar/barel, minimum isə 66,01 dollar/barel təşkil edib. /"Trend"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.