AZ

Azərbaycan güləşçisi qızıl medal qazanıb

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün ilk azərbaycanlı medalçısı bəlli olub.

“İki sahil” xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl medalın sahibi olub.

Final görüşləri davam edir.

Xatırladaq ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
44
11
ikisahil.az

10Mənbələr