AZ

İranda hicab məcburiyyəti ləğv edildi

“Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə lüzum yoxdur”. 

News24.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib.

Onun sözlərinə görə, qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnə bilməz:

“Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin”.

Xatırladaq ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian da həmin qanuna münasibət bildirərək demişdi ki, zorla heç bir nəticə əldə edilə bilməz. /Qafqazinfo


Seçilən
87
16
news24.az

10Mənbələr