2025-26 mövsümündə ən çox əmsal yığan klublar bəllidir.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" 10.000 əmsal toplamağı bacaran 6 klub sırasındadır. Digər klublar "Arsenal", "Real Madrid", "İnter", "Bavariya" və PSJ-dir.
"Borussiya" (Dortmund), "Tottenhem", "Mançester Siti" isə 9.000 əmsal toplayıb.
Qeyd edək ki, "Qarabağ" son 5 mövsümdəki nəticələrinə görə 39.000 xalla 54-cü yerdə qərarlaşıb. Siyahıya 127.500 xalla "Real Madrid" başçılıq edir.