AZ

Türkiyənin ticarət naziri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Bakı, 21 dekabr, AZƏRTAC

Türkiyənin ticarət naziri Ömər Bolatın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

AZƏRTAC xəbər verir ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

 

Seçilən
548
1
azertag.az

10Mənbələr