Qahirə, 4 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın elçiləri Cared Kuşner və Stiv Vitkof Qəzza planının təfərrüatlarını müzakirə etmək üçün Misirə yola düşüblər.
AZƏRTAC “əl-Qahira24” saytına istinadla xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd olunur ki, onlar sabah keçiriləcək həlledici danışıqlarda iştirak edəcəklər. Danışıqlarda əsirlərin azad olunması üçün görüləcək tədbirlər, Qəzza zolağındakı müharibənin dayandırılması yolları və davamlı sülh sazişinə nail olunması məsələləri müzakirə olunacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə