AZ

Yaponiyada Liberal Demokrat Partiyasına ilk dəfə qadın rəhbərlik edəcək

Yaponiyanın keçmiş iqtisadi təhlükəsizlik naziri xanım Takaiçi Sanae hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, LDP rəhbərliyinə beş namizəd - iki hazırkı nazir və üç keçmiş nazir mübarizə aparıb. Son turda Takaiçi kənd təsərrüfatı naziri və məşhur keçmiş Baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumini məğlub edib.

Sanae Takaiçi Yaponiyanın siyasi sistemində ən mühafizəkar siyasətçilərdən biridir. Onun hakimiyyətə gəlməsi Yaponiya siyasətində qadınların rolunun artmasının mühüm əlaməti kimi qiymətləndirilir.

Sanae Takaiçi parlament tərəfindən təsdiqlənərsə, o, Yaponiya tarixində Baş nazir olan ilk qadın olacaq.


Şəfa Hüseynli

Seçilən
20
operativmedia.az

1Mənbələr