AZ

Xanna Əliyeva III MDB Oyunlarında gümüş medal qazandı

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında atıcılıq yarışları uğurla davam edir.

90deqiqe.Az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışlarda Azərbaycan təmsilçisi Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə çıxışını gümüş medalla tamamlayıb.

Yarış boyunca sabit performans göstərən atıcımız final mərhələsində ikinci yeri tutaraq Azərbaycan üçün növbəti medalı qazanıb.

Qeyd edək ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Seçilən
38
90deqiqe.az

1Mənbələr