AZ

Londonda etiraz aksiyaları: Saxlanılanlar var

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

London polisi şənbə günü Britaniya hökumətinin Fələstinə dəstək nümayişlərini qadağan etməsinə qarşı keçirilən etiraz aksiyasında onlarla insanı həbs edib.

Globalinfo.az xəbər verir ki, bu barıdı “Reuters” məlumat yayıb. Qeyd olunub ki, polis Londonun mərkəzindəki Trafalqar meydanında plakatlara “Fələstin Fəaliyyəti” hərəkatını dəstəkləyən şüarlar yazan etirazçıları həbs edib.

İki nəfərin ölümü ilə nəticələnən Mançester sinaqoquna hücumdan sonra Britaniya hökumətinin tələblərinə baxmayaraq, təşkilatçılar şənbə günü nümayişi ləğv etməkdən imtina ediblər.

“Defend Our Juries” aksiyasının təşkilatçısı yəhudi icmasına edilən hücumu pisləyib və polisi nümayişə nəzarət etməkdənsə, diqqəti buna yönəltməyə çağırıb.

Xatırladaq ki, iyulun əvvəlində Britaniya məhkəməsi “Palestine Action”ın terror təşkilatı siyahısına salınması barədə sərəncamın müvəqqəti bloklanması tələbini rədd edib. Hərəkata üzv olmaq və ya onu dəstəkləmək indi cinayət məsuliyyətinə cəlb olunmaqla nəticələnir və buna görə 14 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
5
globalinfo.az

6Mənbələr