Uels şahzadəsi Uilyam mərhum anası Şahzadə Diananın adını uzun müddət sonra ilk dəfə açıqlamasında çəkb.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, o, anasının Kralı III Çarlzla boşanma məsələsinə toxunub. 43 yaşlı Britaniya taxt-tacının varisi “The Reluctant Traveller” serialının yeni seriyasında bildirib ki, o, ailəsinə uşaqlıqda malik olmadığı sabitliyi və istiliyi bəxş etməyə çalışır.
Uilyam qeyd edib ki, onun valideynliyə yanaşması əsasən anası tərəfindən formalaşdırılıb.
"Evdə təhlükəsizlik, rahatlıq və sevgi mühitinin olması çox vacibdir. Məndə bu, yalnız qısa müddət idi - səkkiz yaşım olanda valideynlərim boşandılar" deyə, o, əlavə edib.
Şahzadənin sözlərinə görə, o, keçmişin səhvlərindən dərs almağa çalışır və övladları - Corc, Çarlott və Louisin dəstək və sabitlik hiss etmələrini təmin etmək üçün əlindən gələni edir.
Uilyam ailənin həyatında medianın roluna xüsusi diqqət yetirib. O, valideynlərini müşayiət edən medianın müdaxiləsini xatırlayıb və övladlarını həddindən artıq reklamdan qorumaq niyyətini vurğulayıb.
“Əgər bu müdaxilə ailə həyatını məhv edirsə, mən bununla mübarizə aparacağam” deyə, o, bildirib.
Qeyd edək ki, Şahzadə Çarlz və Şahzadə Diana 1996-cı ildə boşanıblar. Boşanma üçün çoxsaylı səbəblər, o cümlədən xəyanət göstərilib.
"Cebheinfo.az"