Hakim "Gürcü arzusu" Partiyası keçirilən yerli seçkilərdə birinci turda qalib gəlib.
"Unikal" xəbər verir ki, bu barədə partiyanın rəsmi "Facebook" səhifəsində paylaşım edilib.
"Gürcü Arzusu bütün bələdiyyələrdə ilk turda seçkilərdə qalib gəldi. Dörddə başladıq, dörddə bitirdik."
Partiya rəhbərliyi seçkilərin nəticəsini xalqın hakim partiyaya olan etimadının göstəricisi kimi qiymətləndirib və Gürcüstanın sabitlik və inkişaf yolunda irəliləməyə davam edəcəyini bildirib.