Bu gün keçirilən seçkilərdə Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından Tiflis merliyinə namizəd Kaxa Kaladze seçkilərdə 77,4% səs toplayıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat verib.
Məlumata görə, müxalifət olan Güclü Gürcüstan və Gürcüstan naminə Qaxariya partiyalarının namizədi İrakli Kupradze 8,8% səs toplayaraq ikinci olub. “Girçi” liberal partiyasının namizədi İaqo Xviçia isə 6,7 faiz səslə üçüncü yerdə qərarlaşıb.