AZ

Azərbaycan badmintonçusu finala yüksəlib

Qəbələ, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Leyla Camalzadə fərdi yarışlarda belaruslu Mariya Vajnikə qalib gələrək finala vəsiqə qazanıb.

Oktyabrın 5-də keçiriləcək final qarşılaşmasında badmintonçumuzun rəqibi rusiyalı Marina Tarasova olacaq.

Seçilən
4
1
azertag.az

7Mənbələr