AZ

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

90-cı illərə damğasını vuran İzel-Çelik-Ercan qrupu 30 ildən sonra yenidən bir araya gəlmiş, lakin çox keçmədən yenidən dağılmışdı.

Ölkə.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ayrılığın pərdəarxasını qrupun üzvü Çelik aparıcı Armağan Çağlayanın “YouTube” proqramında açıqlayıb.

O, konsertlərindən birində baş verənləri belə nəql edib:

“Bu dəfə İzel ayrıldı. Kiprdə, adını xatırlamadığım bir məkanda səhnəyə çıxdıq. Hansı mahnı olduğunu indi də xatırlamıram. İzel bir mahnı oxumaq istədi. Amma bizim mahnımız deyildi. Niyə oxumaq istədiyini anlamadıq. Sonra da səhnəni tərk etdi. Biz isə Ercanla səhnədə mat qaldıq. Artıq bu saatdan sonra necə olacaq, bilmirəm”.

Çelik sözlərini belə davam etdirib:

“Son dəqiqədə hər şey yarımçıq qaldı. Halbuki əlavə qazancımız da olacaqdı, üstəlik, əylənəcəkdik. Məncə, çox gözəl bir iş idi. Bu mənada İzelin davranışını doğru hesab etmirəm. Çünki biz səhnədə doğrudan da mat qaldıq”.(musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
4
olke.az

5Mənbələr