AZ

İsmayıllıda ağır qəzada iki nəfər öldü - YENİLƏNİB - FOTO

İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzası olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “BMW” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və “BMW” markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Quliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu gün saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
14
9
cebheinfo.az

10Mənbələr