AZ

Salyanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Salyanda avtomobil qadın piyadanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən Salyan şəhər sakini, 1955-ci il təvəllüdlü Fərzəliyeva Rəna Bəhlul qızını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

21:22

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhərində işıqforun keçidində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçən piyadanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
2
apa.az

9Mənbələr